OlympIQ
XidmətlərHaqqımızdaFAQƏlaqəXəbərlər
Daxil olQeydiyyat
OlympIQ

1–11-ci siniflər üçün olimpiada hazırlığı portalı

Xidmət

XidmətlərXəbərlərQeydiyyat

Şirkət

HaqqımızdaƏlaqə

Hüquqi

Məxfilik siyasətiFAQDaxil ol
© 2026 OlympIQ — Hər gün bir pillə yuxarı
← Xəbərlərə qayıt

Azərbaycan komandası Kopernik Riyaziyyat Olimpiadasında 13 medal qazanıb

Dərc olundu 10 avqust 202643 baxış♥ 33 bəyənmə

ABŞ-nin Nyu-York şəhərində keçirilən Beynəlxalq Kopernik Riyaziyyat Olimpiadasının 2026-cı il final mərhələsi başa çatıb. Azərbaycan komandası yarışda 2 qızıl, 4 gümüş və 7 bürünc olmaqla ümumilikdə 13 medal qazanıb.

26-31 iyul tarixlərində təşkil olunan final mərhələsində ölkəmizi 15 şagird təmsil edib. Azərbaycan təmsilçiləri beş kateqoriya üzrə keçirilən yarışda riyazi bilik və bacarıqlarını nümayiş etdiriblər.

Komandanın ən yüksək nəticəsini Mirnihad İsmayılzadə və Murad Musazadə göstəriblər. Hər iki şagird qızıl medala layiq görülüb.

Həsən Talıbzadə, Yusif Gülməmmədov, İman Səfərli və Əlixan Əsədov gümüş medal qazanıblar.

Hüseyn Bağırlı, Vaqif Həbibzadə, Toğrul Əhmədzadə, Atilla Abdulla, Alşan Uğur, Samir Məmmədov və Elvin İsazadə isə bürünc medalla təltif olunublar.