OlympIQ
XidmətlərHaqqımızdaFAQƏlaqəXəbərlər
Daxil olQeydiyyat
OlympIQ

1–11-ci siniflər üçün olimpiada hazırlığı portalı

Xidmət

XidmətlərXəbərlərQeydiyyat

Şirkət

HaqqımızdaƏlaqə

Hüquqi

Məxfilik siyasətiFAQDaxil ol
© 2026 OlympIQ — Hər gün bir pillə yuxarı

Büdcəyə uyğun qiymətlər

Tariflər hər fənn və hər uşağa görə ayrıca hesablanır. Lazım olan paketi seçin — yekun məbləğ avtomatik hesablanacaq.

Hər uşaq üçün bir dəfə: 2 fənnə 24 saat pulsuz giriş. Kart tələb olunmur.

Mövcud fənlər

Uşağınız üçün lazım olan fənləri əlavə edin.

  • Azərbaycan dili2,00 AZN-dan / Həftəlik
  • Elm2,00 AZN-dan / Həftəlik
  • Fizika2,00 AZN-dan / Həftəlik
  • İnformatika2,00 AZN-dan / Həftəlik
  • İngilis dili2,00 AZN-dan / Həftəlik
  • Məntiq2,00 AZN-dan / Həftəlik
  • Riyaziyyat2,00 AZN-dan / Həftəlik

Seçdiyiniz fənlər

Qiyməti hesablamaq üçün ən azı bir fənn seçin.

Seçilmiş fənn0

Qiyməti hesablamaq üçün ən azı bir fənn seçin.

Qiyməti hesablamaq üçün ən azı bir fənn seçin.

Bu hesablama məlumat xarakteri daşıyır. Yekun məbləğ ödəniş anında serverdə hesablanır; ailə endirimi varsa, orada tətbiq olunur.

Ödəniş şərtləri

  • Ödənişlər geri qaytarılmır. Abunəliyi ləğv etsəniz, ödədiyiniz dövrün sonunadək girişiniz saxlanılır, lakin məbləğ geri ödənilmir.
  • Abunəlik avtomatik yenilənmir. Dövr bitdikdə giriş dayanır; davam etmək üçün yenidən ödəniş etməlisiniz. Bitməzdən əvvəl sizə xəbərdarlıq göndəririk.
  • Hər fənnin öz dövrü və öz qiyməti var. Bir fənni silsəniz, digərləri öz dövrləri ilə davam edir.
  • Olimpiada paketləri birdəfəlik alınır və ömürlük qalır. Onlar da geri qaytarılmır.
  • Bu şərtlər bu veb saytda edilən ödənişlərə aiddir: bütün ödənişlər Azərbaycan manatı (AZN) ilə aparılır. iPhone və iPad tətbiqindən App Store vasitəsilə edilən alışlar isə Apple-ın öz şərtləri, valyutası və geri qaytarma qaydaları ilə tənzimlənir.
Ailə paketi

Bir ailədən bir neçə uşaq əlavə olunduqda endirim avtomatik tətbiq edilir: 2-ci uşaq üçün -10%, 3-cü və sonrakı hər uşaq üçün -15%. Promo kod tələb olunmur.

Olimpiadalar

Aktiv olimpiada paketləri

Övladınız üçün olimpiada paketi seçin — satış müddəti bitmədən qoşulun.

SatışdaRiyaziyyat3–11-ci siniflər

Dünya Riyaziyyat Komanda Çempionatı (WMTC)

Dünya Riyaziyyat Komanda Çempionatı (World Mathematics Team Championship – WMTC) şagirdlərin fərdi bilikləri ilə yanaşı, komanda şəklində işləmək bacarıqlarını da qiymətləndirən nüfuzlu beynəlxalq riyaziyyat yarışmasıdır. Yarışmanın əsas məqsədi şagirdlərdə riyaziyyata olan marağı artırmaq, məntiqi təfəkkürü inkişaf etdirmək və müxtəlif ölkələrdən olan gənclər arasında akademik təcrübə mübadiləsi yaratmaqdır. 📌 Əsas Bölmələr və Yaş Kateqoriyaları WMTC adətən 3 əsas kateqoriya üzrə keçirilir: Junior Division (Kiçik yaş qrupu): İbtidai sinif şagirdləri (adətən 3–5-ci siniflər). Intermediate Division (Orta yaş qrupu): 6–8-ci sinif şagirdləri. Advanced Division (Yuxarı yaş qrupu): 9–11-ci sinif şagirdləri. Qeyd: Hər bir komanda adətən 6 nəfər şagird və 1 komanda rəhbərindən (məşqçi/müəllim) ibarət olur. 🏆 Yarışmanın Formatı və Mərhələləri Olimpiada 3 əsas mərhələdən (turdan) ibarətdir: Fərdi Tur (Individual Round): Hər bir şagird tapşırıqları müstəqil şəkildə həll edir. Bu turda toplanan xallar həm şagirdin fərdi nəticəsinə, həm də komandanın ümumi xalına təsir edir. Komanda Turu (Team Round): Komandanın bütün üzvləri birgə işləyərək mürəkkəb riyazi məsələləri həll edirlər. Bu tur komanda daxilində vaxtın düzgün bölünməsini və strategiyanı tələb edir. Estafet Turu (Relay Round): Komanda cütlüklərə bölünür. Birinci şagirdin tapdığı cavab növbəti şagirdin məsələsində şərt (dəyişən) kimi istifadə olunur. Yəni zəncirvari asılılıq var və sürət çox vacibdir. 🏅 Qaydalar və Qiymətləndirmə Sualların çətinliyi: Məsələlər standart məktəb proqramından kənara çıxan, dərin analitik təfəkkür və kombinatorika, həndəsə, ədədlər nəzəriyyəsi, cəbr üzrə olimpik yanaşma tələb edən suallardır. Mükafatlandırma: Nəticələrə əsasən həm fərdi (Qızıl, Gümüş, Bürünc medallar və Sertifikatlar), həm də komanda hesabı üzrə kuboklar və diplomlar təqdim olunur.

Olimpiada tarixi: 20 sentyabr 20262520 sual
Pulsuz
Qeydiyyatdan keç
SatışdaRiyaziyyat2–11-ci siniflər

AMO 2026: Amerika Riyaziyyat Olimpiadası

AMO (Amerika Riyaziyyat Olimpiadası), 2–11-ci sinif şagirdləri üçün keçirilən nüfuzlu beynəlxalq müsabiqədir. Olimpiada məntiqi təfəkkürü, tənqidi düşüncəni və riyazi bacarıqları inkişaf etdirmək, həmçinin istedadlı məktəbliləri qlobal səviyyədə aşkar etmək məqsədi daşıyır.

Olimpiada tarixi: 14 noyabr 20263000 sual
10,00 AZN
Qeydiyyatdan keç