OlympIQ
XidmətlərHaqqımızdaFAQƏlaqəXəbərlər
Daxil olQeydiyyat
OlympIQ

1–11-ci siniflər üçün olimpiada hazırlığı portalı

Xidmət

XidmətlərXəbərlərQeydiyyat

Şirkət

HaqqımızdaƏlaqə

Hüquqi

Məxfilik siyasətiFAQDaxil ol
© 2026 OlympIQ — Hər gün bir pillə yuxarı
← Xəbərlərə qayıt

AMO 2026: Amerika Riyaziyyat Olimpiadasına qeydiyyat davam edir

Dərc olundu 10 oktyabr 20266 baxış♥ 2 bəyənmə

Son qeydiyyat tarixi – 15 oktyabr 2026

Olimpiada 2026-cı ilin noyabr ayının ilk həftəsində keçiriləcək və yalnız riyaziyyat fənni üzrə suallardan ibarət olacaq.

İmtahanın formatı

İmtahan 90 dəqiqə davam edir və ümumilikdə 25 sualdan ibarətdir: 15 test tipli və 10 açıq tipli sual. Səhv cavablar düzgün cavabları aparmır.

Qeydiyyat qaydaları

2026–2027-ci tədris ili üzrə qeydiyyatdan keçən şagirdlər bir sinif aşağı səviyyədə iştirak edə bilərlər.
Şagirdin adı və soyadı yalnız ingilis şrifti ilə yazılmalıdır.
Qeydiyyatın sonunda ad, soyad və sinif məlumatlarının düzgünlüyünü mütləq təkrar yoxlayın.
Qeydiyyat başa çatdıqdan sonra təsdiqedici məlumat SMS vasitəsilə göndəriləcək.
Sinif, məktəb, ad və ya soyadla bağlı yanlışlıq olarsa, imtahandan əvvəl rəsmi qaydada müraciət etmək tələb olunur.

Buraxılış vərəqəsi

İmtahanın dəqiq tarixi, keçiriləcəyi yer, saat və otaq nömrəsi imtahandan 5 gün əvvəl SMS vasitəsilə təqdim olunacaq.

İmtahan günü

İmtahana çanta, kalkulyator, elektron saat və əlavə vərəq gətirmək qadağandır.
Gecikən iştirakçılara əlavə vaxt verilmir (fors-major hallar istisnadır).

Qeydiyyat üçün: https://sasmo.az